<Bloqlara qayıt

Taksi fəaliyyəti ilə məşğul olmaq üçün hansı addımı atmaq lazımdır?

Fiziki şəxsin uçotu haqqında ərizə

Taksi fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edilir. Asif Sabirabadda yaşayır. Asif sahibkarlıq fəaliyyətinə başladığı günədək yəni taksi sürməyə başlamamışdan əvvəl yaşayış yeri üzrə “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alınır. Sabirabad isə 5 saylı Ərazi Vergilər İdarəsi (Şirvanda yerləşir) əhatə dairəsinə aid olduğu üçün, ərizəni 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etməlidir. Uçota alınma respublika üzrə ödənişsiz həyata keçirilir. Asif vergi uçotunda durmaq üçün ərizə təqdim etdikdə heç bir ödəniş etməyəcək. Bundan əlavə Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asif Sabirabaddan Şirvana getməyə də bilər. Bunun üçün Sabirabadda yerləşən ASAN xidmətə yaxınlaşır orada qeydiyyata alınır. Əgər o Saatlıda yaşasaydı o halda orada ASAN Xidmət Mərkəzi olmadığından Saatlıda yerləşən vergi ödəyiciləri üçün nəzərdə tutulmuş terminala yaxınlaşıb uçotda dura biləcək.

“Fərqlənmə nişanı“(vergi orqanın qeydinə mənim əlavələrim)

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

“Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilir.

Eyni zamanda bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir.

Bizi izləyin:

Bloqlardan xəbərdar olmaq üçün

189 TAXI mobil tətbiqi, Bakı və Sumqayıt şəhərlərində taksi, kuryer, şəxsi sürücü, habelə korporativ taksi sifariş etmək üçün nəzərdə tutulan bir xidmətdir.