Son dəfə dəyişiklik edildi: 23 may 2025 – ci il.
Bu siyasət topladığımız məlumatı,onun istifadə məqsədlərini və üçüncü şəxslərə açıqlanmasını, habelə müvafiq məlumatlarla bağlı hüqüqlarınızı müəyyənləşdirir.
189 TAXI xidmtlərini istifadə etməyə başlamaqla, siz Məxfilik Siyasətini,burada təsvir edilmiş şərtləri və məlumatın emal edilməsi hallarını qəbul etmiş olursunuz. Bu Siyasətin müddəaları ilə tam və ya qismən razı olmadığınız halda, 189 TAXI xidmətlərindən istifadə etməməlisiniz.
189 TAXI şirkəti aşağıda göstərilmiş kateqoriyalar üzrə məlumat toplayır:
1.1. Xidmətlərimiz və tətbiq proqramlarımızdan istifadə edərkən və müştərilərə dəstək xidmətimizə müraciət zamanı, 189 TAXI istifadəçiləri tərəfindən (189 TAXI -nin sürücülük və çatdırılma xidmətlərini göstərən tərəfdaşları da daxil olmaqla) təqdim edilmiş məlumat;
1.2. 189 TAXI xidmətləri və tətbiq proqramlarından istifadə zamanı avtomatik şəkildə yaradılan məlumat, hər isitfadəçinin cihazından əldə olunan məlumat (cihazın yerləşdiyi yer haqqında məlumat, cihaz və 189 TAXI tətbiq proqramlarının parametrləri, IP ünvan və kukilər), tranzaksiya, statistik və rəftardavranışa dair məlumatlar.
1.3. 189 TAXI tətbiqetməsi vasitəsilə edilən zəng və mesajlar haqda məlumat, o cümlədən zəngin / mesajın tarixi və vaxtı, mesajın mətni (189 TAXI tətbiqetməsində bu funksiyadan istifadə edildikdə). Qeyd edilən funksiya istifadəçilərə və 189 TAXI şirkətinin partnyorlarının kuryerlarına və bağlama alıcılarına şəxsi nömrələrinin gizli qalaraq zəng etmək və mesaj yazmaq imkanı yaradır. 189 TAXI şirkəti qeyd edilən məlumatı dəstək xidmətinin fəaliyyətinin (o cümlədən, istifadəçilər arasında mübahisəli halların həlli üçün) və təhlükəsizliyin təmin edilməsi üçün, həmçinin analitik araşdırmaların aparılması üçün də istifadə edə bilər
1.4. İstifadəçilər (189 TAXI -nin sürücülük və çatdırılma xidmətlərini göstərən tərəfdaşları da daxil olmaqla) haqqında aşağıda göstərilmiş mənbələrdən əldə edilmiş məlumatlar:
rəy göndərən digər istifadəçilər ( reytinq, şikayət və təriflər kimi);
Sizə hesabınızı yaratmağa və hesaba və ya servislərinə giriş əldə etməyə imkan verən 189 TAXI şirkətinin biznes tərəfdaşları(ödəniş təminatçıları, sosial şəbəkə saytları, sorğu əsasında göstərilən musiqi xidmətləri, 189 TAXI API istifadəçiləri), eləcə də bu Siyasətdə göstərilən məqsədlərə zidd olmayan məqsədlər üçün məlumatın üçüncü şəxslərə ötürülməsinə razılıq almış 189 TAXI şirkətinin biznes tərəfdaşları.;
sığorta, maliyyə və marketinq xidmətlərinin tədarükçüləri;
tərəfdaş nəqliyyat şirkətləri (əgər siz 189 TAXI şirkətinin tərəfdaşlarının sürücüsü olsanız);
“Biznes üçün 189 TAXI -nin və ya 189 TAXI Ailə profilinin sahibləri;
ictimaiyyətə açıq olan mənbələr.
2.1. Sizinlə bağladığımız müqavilə və sazişlərdə qeyd olunduğu kimi, biz sizin məlumatlarınızı öz öhdəliklərimizi yerinə yetirmək və sizə xidmətlərimizi və onların funksiyalarını təmin etmək üçün istifadə edirik. 189 TAXI şirkətininfunksional imkanlarına aşağıdakılar daxildir (və bunlarla məhdudlaşmır):
İstifadəçilərə 189 TAXI şirkətinin tərəfdaşları tərəfindən məlumatın verilməsi
189 TAXI-nin tərəfdaşları tərəfindən daşınma, çatdırılma xidmətləri və s. təmin edilməsi;
189 TAXI -nin tərəfdaşlarının xidmətləri üçün onların adından çıxış edərək ödənişlərin emalı və icrası;
189 TAXI şirkətinin tərəfdaşlarının xidmətləri ilə əlaqədar sığorta və ya maliyyələşdirmə üçünhəllərinin təklif edilməsi, qəbul edilməsi, təmin edilməsi və ya sadələşdirilməsi;
digər insanlarla məlumat mübadiləsi (məsələn, 189 TAXI -yə tərəfdaş olan sürücü barədə kompliment/təqdirnaməni təqdim etmək, 189 TAXI xidmətlərinə dostunuzu yönləndirmək, gediş haqqını və ya TÇV-ni paylaşmaq kimi məlumatları digər şəxslərlə paylaşmağa imkan yaradan funksiyaların təmin edilməsi);
sevimli məkanlar üzrə əlfəcin yaratmaq kimi 189 TAXI hesabınızı fərdiləşdirən funksiyalar təmin edilməsi;
proqram təminatı səhvlərinin və əməliyyat problemlərinin aradan qaldırılması, məlumatların təhlili, yoxlanılması və araşdırılması, habelə istifadənin və fəaliyyətin tendensiyalarının izlənilməsi və təhlili daxil olmaqla, xidmətlərimizi təmin etmək üçün lazım olan daxili əməliyyatların həyata keçirilməsi;
189 TAXI tərəfdaşlarının sürücülərinin cihazlarından məlumat toplanması, təhlükəli sürücülük, ani əyləc və ya qəfil sürətlənmə hallarının müəyyən edilməsi;
189 TAXI tərəfdaşının sürücüləri barədə məlumatın doğruluğunun yoxlanılması;
müştəriyə dəstək xidmətləri ilə əlaqə saxladığınız zaman kömək göstərilməsi (suallarınızın müştəriyə dəstək xidməti üzrə müvafiq nümayəndəyə yönləndirilməsi; şikayətlərinizi araşdırılması və aradan qaldırılması; müştəriyə dəstək xidmətinin cavablarına nəzarət edilməsi və onların təkmilləşdirilməsi).
2.2. Yoxlama, tədqiqat, təhlil və məhsulun təkmilləşdirməsi üçün biz anonim, statistik və məcmu formasına gətirilmiş məlumatdan (data) istifadə edirik.
2.3. Yuxarıda təsvir olunmuş 189 TAXI xidmətlərinin bəzi funksiyaları bizdən tələb edir ki, biz məlumatın bir hissəsini (data – buraya sərhədarası transmissiyalar da daxildir) digər şəxslər, 189 TAXI tərəfdaşları, üçüncü şəxslər, 189 TAXI və onun aidiyyəti şəxsləri ilə paylaşaq. Misal üçün, 189 TAXI-yə tərafdaş olan bir sürücü barədə məlumatın bir qismi istifadəçinin ixtiyarına verilir ki, 189 TAXI-nin tərəfdaşı daşıma xidmətlərini həyata keçirə bilsin. Eyni məqsəd üçün istifadəçi barədə məlumatın bir qismi 189 TAXI -nin tərəfdaşı və 189 TAXI-ya tərəfdaş olan sürücü üçün əlçatan edilir.
2.4. 189 TAXI xidmətləri və tətbiq proqramlarının funksiyalarını istifadə etməklə, siz 189 TAXI-yə yuxarıda qeyd olunan məqsədlər üçün istənilən lazımi metodlardan istifadə edərək (buraya sərhədarası data transmissiyası daxil olmaqla – avtomatik alətlərin köməyi ilə ya da belə alətlər istifadə edilmədən) sizə aid məlumatların (data) emal edilməsinə razılıq verirsiniz.
2.5. 189 TAXI topladığı məlumatı istifadə etməklə sizə məlumat və reklam mesajları göndərə bilər.
Kukilər veb-saytlar, proqramlar, onlayn media və reklamlar vasitəsilə brauzer və ya cihazınızda saxlanılan kiçik mətn fayllarıdır. 189 TAXI aşağıdakı məqsədlər üçün kuki və bənzər texnologiyalardan istifadə edir:
189 TAXI xidmətlərinin nadir istifadəçilərinin əslliyinin yoxlanması;
istifadəçi seçimləri və ayarlarının yadda saxlanması;
məzmunun populyarlığının müəyyən edilməsi;
reklam kampaniyalarının effektivliyinin təmin edilməsi və qiymətləndirilməsi;
Sayt trafiki və trendlərini təhlil etmək və ümumilikdə xidmətlərimizdən istifadə edən şəxslərin onlayn davranış və maraqlarının anlanılması.
Biz həmçinin, digər şəxslərə bizim üçün auditoriyanın və analitiklərin statistik qiymətləndirilməsi xidmətini və ya bizim adımızdan internetdə reklam yerləşdirilməsini, bu reklamın effektivliyinin izlənməsini və buna dair bizə məlumat verilməsini icazə verə bilərik.Bu şəxslər və təşkilatlar, siz saytımıza daxil olduqda və xidmətlərimizdən istifadə etdikdə, həmçinin digər onlayn sayt və xidmətlərə daxil olduqda cihazınızı müəyyən etmək məqsədi ilə kuki, veb mayaklar, SDK-lar və digər texnologiyalardan istifadə edə bilərlər.
4.1. Xidmətlərimiz və tətbiq proqamlarımızın funksiyalarını təmin etmək məqsədi ilə 189 TAXI xidmətlərinin digər istifadəçiləri (buraya 189 TAXI-yə tərəfdaş olan sürücüləri və çatdırılma xidmətlərini göstərənlər də daxil olmaqla) və 189 TAXI şirkətinin tərəfdaşları:
189 TAXI istifadəçisinizsə, biz 189 TAXI şirkəti ilətərəfdaş olan sürücülərlə adınızı (soyadınızı yox), orta reytinq məlumatlarını, eləcə də açılış yeri və / və ya təyinat nöqtəsi barədə məlumatları verə bilərik.
POOL səfərinizi digər 189 TAXI istifadəçisi ilə bölüşürsünüzsə, həmin istifadəçiyə adınız deyilə və o, götürülmə və/və ya düşürülmə məkanınızı görə bilər.
189 TAXI-yə tərəfdaş şirkətin sürücüsü və ya kuryerisinizsə, müştərilərinizə bu məlumatları təqdim edə bilərsiniz: adınız və fotoiniz; marka, model, rəng, dövlət qeydiyyat nömrəsi və avtomobilin fotoşəkili; yeriniz; ərizə və əlaqə məlumatlarınızdakı orta qiymət (tətbiq olunan qanuna uyğun olaraq).
Digər istifadəçi (189 TAXI tərəfdaşları daxil olmaqla) ilə əlaqəli olan və ya ona məxsus olan hesabdan istifadə edirsinizsə biz səfərləriniz barədə məlumatı hesab sahibinə verə bilərik.
Profilinizi 189 TAXI-yə tərəfdaş olan sürücü kimi doldurursunuzsa, biz bu profil ilə bağlı olan hər hansı məlumatı da (buraya sizin daxil etdiyiniz məlumat, eləcə də digər sərnişinlərin sizin haqqınızda keçmiş səfər nəticəsində verdikləri rəyləri) 189 TAXI istifadəçilər, 189 TAXI tərəfdaşlar və üçüncü tərəflərlə paylaşa bilərik və bununla da 189 TAXI tərəfdaşlarımızın adından xidmətlərimiz və tətbiq proramlarımızın funksiyalarını işlədə bilərik.
İstifadəçi/çatdırılma xidmətini istifadə edən şəxs ödəniş barədə hesab qəbzini aldıqda, orada sərnişinlər arasında ödəniləcək məbləğin bölgüsü, sizin adınız (soyadınız yox), şəkil, istifadə etdiyiniz marşrutun xəritəsi və digər tranzaksiya məlumatları əks olunacaq.
4.2. 189 TAXI xidmətləri və tətbiq proqramlarını istifadə edəndə isitfadəçilər öz məlumatlarını üçüncü tərəflərlə paylaşa bilər (birbaşa xidmətlərimiz və tətbiq proqramlarımızı isitfadə edəndə, ya da bunu 189 TAXI vasitəsilə edəndə):
189 TAXI sizin təyinat məntəqənizə gözlənənə görə çatma vaxtını və düşəcəyiniz yer barədə məlumatı ya da gediş haqqını digər şəxslə bölüşdüyünüz zaman sizin səfər barədə məlumatı, siz istəyərsinizsə, digər şəxslə paylaşa bilər.
İstifadəçi üçüncü tərəfin xidməti üçün və ya tərəfdaş vasitəsilə ya da üçüncü tərəfin təklif etdiyi güzəştli aksiya vasitəsilə 189 TAXI xidmətləri üçün müraciət edərsə. Buraya aşağıdakılar daxil ola bilər: missal üçün, bizim API-lər və ya xidmətlərlə inteqrasiya edilmiş digər tətbiq proqamları və ya veb-saytlar, və ya bizim inteqrasiya etdiyimiz API və ya xidmət, ya da güzəştli aksiya, müsabiqə və ya ixtisaslaşdırılmış xidməti həyata keçirmək 189 TAXI -nin tərəfdaşlıq edə biləcəyi bizne tərəfdaşlar.
4.3. İctimai forumlar, 189 TAXI-dən bloglar, şəbəkələrimiz və şəbəkəmizin digər vasitələrindən bizə göndərdiyiniz mesajlar ictimaiyyətə açıq olur..
4.4. İstifadəçiyə aid məlumatların üçüncü şəxslərə verilməsi də tətbiq olunan qanunla təmin edilə bilər..
5.1. 189 TAXI hesabınız aktiv olan müddət ərzindər sizə dair məlumatları saxlayır.
5.2. Siz 189 TAXI xidmətlərinə qeydiyyatdan keçirdiyiniz hesab vasitəsi ilə məlumatlarınıza keçid ala bilərsiniz. Öz hesabınızda daxil etdiyiniz adınız, telefon nömrəsi və ya elektron poçt ünvanı (e-mail), eləcə də məxfilik ayarları kimi məlumatları istədiyiniz şəkildə idarə edə bilərsiniz.
5.3. 189 TAXI tətbiq proqramları istifadəçinin cihazındakı müəyyən növ məlumatlara keçid almaq üçün icazələr barədə (əməliyyat sistemindən asılı olaraq) istifadəçiyə bildirişlər göndərə bilər və ya ondan icazə istəyə bilər. Bu tətbiq proqramından istifadə etməklə siz həmin icazələrin verilməsinə razılığınızı verirsiniz.
5.4. İstəyinizdən asılı olaraq siz 189 TAXI-dan e-poçt və digər mesajları almaq abunəliyindən çıxa bilərsiniz, bunu həmin mesajlardakı təlimatları yerinə yetirməklə etmək mümkündür. Nəzərə alın ki, abunəlikdən çıxsanız belə, sizə səfərlər üzrə qəbzlər və ya hesaba dair məlumatlar kimi reklam ilə əlaqəli olmayan mesajlar göndərə bilərik.
5.5. Məlumatların məxfiliyinin qorumaq məqsədi ilə 189 TAXI təşkilati, hüquqi və texniki tədbilər tətbiq edir.
Bu siyasət vaxtaşırı yenilənə bilər. Məxfilik təcrübələrimizə dair ən son məlumatları almaq üçün bu siyasəti vaxtaşırı nəzərdən keçirməyinizi tövsiyə edirik. Bununla yanaşı, məxfilik siyasətimizin əvvəlki versiyaları da baxış üçün əlçatan olacaq. Məxfilik Siyasətinin yeni versiyası qüvvəyə mindikdən sonra 189 TAXI xidmətlərindən istifadə etməyiniz bu siyasətə edilən dəyişiklikləri qəbul eməyiniz kimi başa düşülür.