Sərnişin sayı:

*uşaqlar daxil

Baqaj sayı:

Maşın seçimi

Ekonom: 4 nəfər

Baqaj: 3

Avtomobil modelləri: Kia Rio, Daewoo Gentra, Nissan Sunny, Ravon R4, Hyundai Accent, Chevrolet Aveo və s.

Komfort: 4 nəfər

Baqaj: 3

Avtomobil modelləri: Kia Cerato, Toyota Carolla, Nissan Sentra, Chevrolet Cruze, Mitsubishi Lancer, Lifan X60 və s.

Biznes: 4 nəfər

Baqaj: 3

Avtomobil modelləri: Kia Optima, Subaru Forester, BMW X5, Mercedes E-Class, Toyota Prado və s.

Miniven: 8 nəfər

Baqaj : 5

Avtomobil modelleri: Avtomobil modelləri : Mercedes Benz Viano, Mercedes Benz Vito və s.

Mikroavtobus: 20 nəfər

Baqaj: 12

Avtomobil modelləri: Ford Transit, Mercedes Sprinter və s.

VIP: 4 nəfər

Baqaj: 3

Avtomobil modelləri: Porsche Cayenne, BMW 7, Mercedes S-Class və s.

Transfer

189 TAXI -dən transfer sifariş edərək hava limanına gediş yaxud qayıdış səfərinizi rahatlıqla öncədən planlaya bilərsiniz.

Transfer xidmətinin üstünlükləri

  • Etibarlı sürücülər

  • Sifarişin operativ qəbul edilməsi və təsdiqləməsi

  • Ən uyğun qiymətlər

  • Müştərinin salamlama lövhəsi ilə qarşılanması

  • Hər sifariş üçün hesablanmış optimal tarif

Necə sifariş verilir

  • 01

    Transfer xidməti hava limanından Bakı şəhərinin mərkəzinə və mərkəzdən hava limanına gedişlər üçün nəzərdə tutulub. Müvafiq istiqamətləri seçib gələcəyiniz/gedəcəyiniz günü, sərnişin sayı və baqaj sayını qeyd edirsiniz.

  • 02

    Müvafiq avtomobili seçdikdən sonra, şəxsi məlumatları dəqiq qeyd edirsiniz. Bu Sizə geri bildirim etməyimiz üçün lazımdır.

  • 03

    Gediş üçün ödənişi nağd və ya nağdsız həyata keçirmək imkanınız var. Ödəniş növünü təsdiq etdikdən sonra sorğunuz qəbul edilmiş sayılır.

  • 04

    24 saat ərzində sifarişiniz operativ şəkildə emal edilir, təsdiqlənir və Sizə email/sms vasitəsi ilə bildirim edilir.

Ən çox verilən suallar

  • Sifariş neçə müddətə qəbul edilir?

    Sifariş təsdiqləndikdən sonra 24 saat ərzində təsdiqlənir və Sizə bu barədə email/sms vasitəsi ilə məlumat verilir

  • Transfer qiymətinə nə daxildir?

    Transfer qiymətinə qarşılama lövhəsi, hava limanında/mərkəzdə gözləmə, yanacaq üçün ödəniş, hava limanına daxil olma ödənişi, A nöqtəsindən B nöqtəsinə gediş.

  • Sürücü məni qarşılamadıqda nə edim?

    Transfer xidmətində sürücülər xüsusi təyin edildiyindən belə halların olma ehtimalı çox aşağıdır. Lakin belə hal olduqda yerli nömrəniz varsa 189-a, yoxdursa rouminq nömrənizlə +994 (12) 565-3-189 nömrəsi ilə əlaqə saxlayın.

  • Sürücüyə etibar edə bilərəm?

    Biz yalnız təcrübəli sürücüləri işə qəbul edirik və onlarla əməkdaşlıq edirik. Sürücülər xüsusi testlərdən keçmiş, şəhər yollarını dəqiq bilən və müştərilərlə davranış qaydalarına riayət edənlər arasından seçilir.

  • Uçuşda hər hansı ləngimə olarsa nə edim?

    Narahat olmayın bizim sürücülər uçuş cədvəlinə mütəmadi nəzarət edir. Bunun üçün biz Sizdən uçuş nömrəsini qeyd etməyinizi xahiş edirik. Sərbəst gözləmə vaxtı 1 saatdır. Əlavə fors major hal olarsa dərhal bizə məlumat verməyiniz xahiş edilir.

  • Sifarişdən necə imtina edə və ya dəyişdirə bilərəm?

    Sifarişdən imtina etmək və ya sifarişi dəyişdirmək üçün bizə e-mail yazmağınız kifayətdir.